Azərbaycanın və Fransanın turizm şirkətləri əməkdaşlığa başlayır

Azərbaycanın və Fransanın turizm şirkətləri əməkdaşlığa başlayır Memorandumun əsas məqsədi fransalı turistlərin Azərbaycana gəlişini təşkil etməkdir.
Turizm
30 Sentyabr , 2015 08:33
Azərbaycanın və Fransanın turizm şirkətləri əməkdaşlığa başlayır

Bakı. 30 sentyabr. REPORT.AZ/ “Top Resa-2015” beynəlxalq turizm sərgisi çərçivəsində sentyabrın 29-da Azərbaycanın “Silk Way Travel” şirkəti ilə Fransanın “Alest Voyages” şirkəti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Sənədi “Silk Way Travel” şirkətinın direktoru Şirzad Əfəndiyev və “Alest Voyages “ şirkətinin prezidenti Rişar Subyel imzalayıblar.

Memorandumun əsas məqsədi fransalı turistlərin Azərbaycana gəlişini təşkil etməkdir. Hər iki tərəfin hazırladığı yeni turizm paketləri 2016-cı ildən “Alest Voyages” şirkətinin internet səhifəsində də yayımlanacaq.

Son xəbərlər

Orphus sistemi