Azərbaycan şirkətlərinin nümayəndələri Acarıstanın turizm imkanları ilə tanış olurlar

Azərbaycan şirkətlərinin nümayəndələri Acarıstanın turizm imkanları ilə tanış olurlar Azərbaycanın aparıcı turizm şirkətlərinin nümayəndələri Gürcüstanın Acarıstan Muxtar Respublikasına səfər ediblər.
Turizm
4 May , 2019 11:57
Azərbaycan şirkətlərinin nümayəndələri Acarıstanın turizm imkanları ilə tanış olurlar

Azərbaycanın aparıcı turizm şirkətlərinin nümayəndələri Gürcüstanın Acarıstan Muxtar Respublikasına səfər ediblər.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, səfər çərçivəsində şirkət təmsilçiləri muxtar respublikanın turizm potensialı ilə tanış olurlar.

Səfər çərçivəsində Azərbaycandan olan nümayəndələr gürcü həmkarları ilə görüşərək qarşılıqlı əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər.

Nümayəndə heyəti artıq Batumi şəhərinin turizm məkanları, botanika bağı və mehmanxana infrastrukturu ilə tanış olublar. Azərbaycanlı qonaqlar Acarıstanın Keda qəsəbəsinə də səfər edərək oranın turizm imkanları ilə maraqlanacaqlar.

Acarıstanın Turizm və Kurortlar Departamentindən bildirilib ki, Azərbaycandan muxtar respublikaya səfər edən turistlərin sayı artır. Qeyd olunub ki, bu ilin iyunun 14-dən etibarən Bakıdan Batumiyə “Buta Airways” aviaşirkəti birbaşa uçuşlar həyata keçirəcək və bu da Azərbaycandan Acarıstana turist axınının artmasına əhəmiyyətli təsir göstərəcək. 

Son xəbərlər

Orphus sistemi