Azərbaycanın turizm şirkətləri aviasiyada yeni nəsil qarşılıqlı ödəniş sisteminə keçir

Azərbaycanın turizm şirkətləri aviasiyada yeni nəsil qarşılıqlı ödəniş sisteminə keçir Bakı. 26 yanvar. REPORT.AZ/ Azərbaycan Turizm Assosiasiyası (AzTA) və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (İATA) arasında əldə olunmuş razılığa əsasən, Yeni nəsil qarşılıqlı ödəniş sisteminin (NewGen ISS) yerli turizm şirkətləri üçün təqdimatı keçirilib.
Turizm
26 Yanvar , 2019 15:37
Azərbaycanın turizm şirkətləri aviasiyada yeni nəsil qarşılıqlı ödəniş sisteminə keçir

Bakı. 26 yanvar. REPORT.AZ/ Azərbaycan Turizm Assosiasiyası (AzTA) və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (İATA) arasında əldə olunmuş razılığa əsasən, Yeni nəsil qarşılıqlı ödəniş sisteminin (NewGen ISS) yerli turizm şirkətləri üçün təqdimatı keçirilib.

Bu barədə "Report"a AzTA-dan bildirilib. 

Hər iki assosiasiyanın dəstəyi ilə keçirilən təqdimatda 60-a yaxın şirkət nümayəndəsi iştirak edib və məlumatlandırılıb. Məqsəd NewGen İSS sisteminin modullarının ətraflı izah edilməsi, eləcə də İATA-ya üzv olan turizm şirkətləri tərəfindən lazımi tədbirlərin görülməsi üçün müvafiq məlumatların verilməsindən ibarət olub.

Qeyd edək ki, Yeni nəsil qarşılıqlı ödəniş sisteminin əsas məqsədi aviaşirkətlər və turizm şirkətləri üçün operativ, təhlükəsiz, səmərəli maliyyə həllərinin təqdim olunmasından, eləcə də BSP IATA sisteminin modernləşdirilməsindən ibarətdir. Yeni sistem aviaşirkətlərə sürətli qarşılıqlı hesablaşmalar, gəlirlərin təhlükəsizliyi və xərclərin səmərəli bölüşdürülməsi, turizm şirkətləri üçün isə fərdi məhsullar və xidmətlərin təqdim olunması, müştərilərə dəstək alətlərinin yaxşılaşdırılması, eləcə də səmərəli biznes həllərinin əldə edilməsinə imkan yaradacaq. Bundan əlavə, yeni nəsil sistemləri sənaye iştirakçılarının ehtiyaclarını daha yaxşı qarşılamaq üçün aviaşirkətlər və agentlər üçün müştərilərin sutka ərzində dəstəyini təmin etmək üçün nəzərdə tutulub.

NewGen ISS sistemi Azərbaycanda fevralın 16-dan tətbiq olunacaq.

Son xəbərlər

Orphus sistemi