Azərbaycanın turizm sektoru Ekologiya və Təbii Sərvətlər Nazirliyindən əlavə dəstək istəyib

Azərbaycanın turizm sektoru Ekologiya və Təbii Sərvətlər Nazirliyindən əlavə dəstək istəyib Bakı. 11 may. REPORT.AZ/ Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov ilə görüşüb.
Turizm
11 May , 2018 12:17
Azərbaycanın turizm sektoru Ekologiya və Təbii Sərvətlər Nazirliyindən əlavə dəstək istəyib
0 : 00
0 : 00

Bakı. 11 may. REPORT.AZ/ Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov ilə görüşüb. 

Bu barədə “Report”a AzTA-dan məlumat verilib.

Məlumata görə, görüşün əsas məqsədi Azərbaycanın turizm sənayesinin, o cümlədən, ekoloji və aqrar turizmin mövcud vəziyyəti və perspektiv inkişaf məsələrinin müzakirə olunması, eləcə də gələcək əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi olub.

M.Babayev görüş zamanı nazirliyin fəaliyətində yenı yanaşmaların tətbiq ediləcəyini, əsasən də özəl sektorun iştirakçılarına xüsusi önəm veriləcəyini qeyd edib. Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum artıq bu istiqamətdə işlər görür, özəl sektor nümayəndələri ilə görüşlər keçirir.

AzTA sədri nazirə turizm sahəsində son illər əldə olunmuş nəaliyyətlərdə özəl sektorun rolundan və bu sahənin inkişafında verilə biləcək əlavə töfhələrdən bəhs edib. O, nazirlə görüşdə dövlət tərəfindən əlavə dəstəyin vacibliyini də qeyd edib.

Nazir, öz növbəsində, görüşün nəticəsi olaraq turizm sahəsində fəaliyyət göstərən sahibkarlara əlavə dəstəyin göstərilməsi barədə AzTA-nın təkliflər hazırlamasını təklif edib. 

Təkliflər yaxın vaxtlarda hazırlanaraq Ekologiya və Təbii Sərvətlər nazirliyinə təqdim ediləcək.

Son xəbərlər

Orphus sistemi