​Azərbaycanın turizm potensiyalını Fransanın məşhur telekanallarında 100 milyondan artıq tamaşaçı izləyib

​Azərbaycanın turizm potensiyalını Fransanın məşhur telekanallarında 100 milyondan artıq tamaşaçı izləyib Azərbaycana dair reklam çarxı, həmçinin "France24" telekanalında da yayımlanıb
Turizm
25 Dekabr , 2014 02:29
​Azərbaycanın turizm potensiyalını Fransanın məşhur telekanallarında 100 milyondan artıq tamaşaçı izləyib
Bakı. 25 dekabr. REPORT.AZ/Azərbaycanın turizm potensialının nüfuzlu xarici telekanallarda yayımlanması tədbirləri çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi ilə Fransanın televiziya kanalları arasında əməkdaşlıq uğurla davam etdirilir. Bunun məntiqi nəticəsi olaraq 2014-cü ildə Fransanın “TV5 Monde” və “France 24” telekanallarında Azərbaycanın turizm potensialını təbliğ edən müvafiq reklam çarxı nümayiş olunub.

"Report" AzərTAC-a istinadla xəbər verir ki, "TV5 Monde" telekanalında ölkəmizin turizm imkanlarını əks etdirən reklam çarxı ən baxımlı vaxtlarda 378 dəfə nümayiş etdirilərək 4 milyona yaxın insan tərəfindən izlənilib. Adıçəkilən televiziya kanalında ölkəmizin reklam çarxı 18 həftə yayımlanıb.

Artıq 25 ildir ki, fəaliyyət göstərən "TV5 Monde" telekanalının hazırladığı verilişlərə dünyanın istənilən ölkəsində baxmaq mümkündür. Həftə ərzində bu telekanalı fransız, ingilis və ərəb dillərində ümumilikdə 55 milyion tamaşaçı izləyir.

Qeyd etmək lazımdır ki, əməkdaşlıq çərçivəsində elektron KİV vasitəsilə də Azərbaycan uğurla təbliğ olunmaqdadır və ölkəmizin turizm imkanlarına həsr olunmuş reklam çarxının yayımlandığı "TV5 Monde" telekanalının www.tv5monde.com rəsmi veb-səhifəsinə hər ay 50 milyona yaxın insan daxil olur.

Azərbaycana dair reklam çarxı, həmçinin "France24" telekanalında da yayımlanıb. Maraqlıdır ki, Şimali Afrika, Yaxın Şərq və Avropada yayımı əhatə edən bu televiziya kanalı həftə ərzində 45 milyon insan tərəfindən izlənilir.

Ümumilikdə qeyd olunan telekanallarda Azəraycana həsr olunmuş reklam kampaniyasını 100 milyondan artıq tamaşaçı izləyib.

Azərbaycanın turizm potensialının bu ölkədə təbliğatının 2015-ci ildə də davam etdirilməsi üçün Mədəniyyət və Turizm Nazirliyi adıçəkilən telekanallarla danışıqları davam etdirir.

Son xəbərlər

Orphus sistemi