Azərbaycanın turizm potensialı Polşada təbliğ olunur

Azərbaycanın turizm potensialı Polşada təbliğ olunur Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəni təmsil edən turizm sənayesinin üzvləri Polşanın paytaxtı Varşavada keçirilən “TT Warsaw 2019” sərgisində iştirak edir.
Turizm
22 Noyabr , 2019 11:34
Azərbaycanın turizm potensialı Polşada təbliğ olunur

Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəni təmsil edən turizm sənayesinin üzvləri Polşanın paytaxtı Varşavada keçirilən “TT Warsaw 2019” sərgisində iştirak edir.

"Report"a bu barədə Dövlət Turizm Agentliyindən məlumat verilib.

Məlumata görə, sərgidə iştirak etməkdə məqsəd Azərbaycanın turizm imkanlarının Mərkəzi Avropa bazarlarında təbliği və ölkəyə daha çox turistin cəlb olunmasına dəstək göstərməkdir.

Beynəlxalq sərgidə dörd turizm şirkəti və bir hotellər qrupu ilə təmsil olunan Azərbaycan stendi ilk gündən etibarən çoxsaylı ziyarətçilərin marağına səbəb olub və onlara Azərbaycanın turizm potensialı barədə ətraflı məlumatlar verilib.

Azərbaycan stendini ölkəmizin Polşadakı səfiri Həsən Həsənov da ziyarət edib və nümayiş olunan təbliğat materialları ilə tanış olub.

Noyabrın 23-dək davam edəcək sərgi çərçivəsində maraqlı tərəflərlə işgüzar görüşlər keçirilir və gələcək əməkdaşlıq üçün fikir mübadiləsi aparılır.

“TT Warsaw 2019” hər il təşkil olunan B2B (Biznesdən-biznesə) formatlı turizm ticarət sərgisidir. Bu il sərgiyə 53 ölkədən 450-dən çox iştirakçı, 20 mindən çox ziyarətçi qatılıb.

Qeyd edək ki, Polşanın İdman və Turizm Nazirliyi, Polşa Turizm Təşkilatı və Polşa Turizm Palatasının dəstəyi ilə təşkil olunan və dünya üzrə aparıcı turizm nümayəndələrini bir yerə toplayan bu sərgi çərçivəsində, həmçinin müxtəlif seminar və digər tədbirlər baş tutur.

Son xəbərlər

Orphus sistemi