Azərbaycanın ixrac missiyasının Çinə səfəri davam edir

Azərbaycanın ixrac missiyasının Çinə səfəri davam edir İxrac missiyasının Çinə səfəri noyabrın 15-dək davam edəcək
Turizm
14 Noyabr , 2016 19:21
Azərbaycanın ixrac missiyasının Çinə səfəri davam edir

Bakı. 14 noyabr. REPORT.AZ/ Azərbaycanın ilk ixrac missiyasının Çinə səfəri davam edir.

"Report"a İqtisadiyyat Nazirliyindən verilən xəbərə görə, şərab istehsalı və ixracı ilə məşğul olan yerli şirkətlərin nümayəndələrindən ibarət ixrac missiyası dünyada şərabçılıq sahəsində ən böyük sərgilərdən hesab olunan Quancouda "İnterwine" Beynəlxalq Şərabçılıq sərgisində iştirak edir. Müxtəlif ölkələrdən iki mindən çox şirkətin qatıldığı sərgidə Azərbaycan şərabları maraqla qarşılanıb, Azərbaycan istehsalı olan "Savalan" şərabı mükafata layiq görülüb.

Eyni zamanda sərgi iştirakçılarına Azərbaycanda yaradılan əlverişli biznes və investisiya mühiti, ölkədə istehsal olunan rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar barədə məlumat verilib, müxtəlif çap materialları təqdim olunub. Sərgi çərçivəsində Azərbaycan iş adamları çinli həmkarları ilə əməkdaşlıq imkanlarına dair müzakirələr aparıb, şərab istehsalında tətbiq olunan yeni texnologiyalarla tanış olub, Azpromo-nun Çindəki nümayəndəlyinin dəstəyi ilə yerli distributorlar və potensial müştərilərlə görüşlər keçiriblər.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın ilk ixrac missiyası Çinə səfər çərçivəsində noyabrın 9-13-də Honq Konqda Beynəlxalq Şərab və Spirtli İçkilər Sərgisində iştirak edib, bir sıra Çin şirkətləri ilə görüşlər keçirib. İxrac missiyasının Çinə səfəri noyabrın 15-dək davam edəcək. Dövlət başçısının "Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydasının təsdiq olunması haqqında" Fərmanına uyğun olaraq, ixrac missiyasının xərcləri dövlət tərəfindən qarşılanır.

Son xəbərlər

Orphus sistemi