Azərbaycandan Türkiyəyə səfər edənlər çoxalıb

Azərbaycandan Türkiyəyə səfər edənlər çoxalıb Türkiyəyə səfər edən Azərbaycan vətəndaşlarının sayı 29% artıb
Turizm
3 İyul , 2017 12:19
Azərbaycandan Türkiyəyə səfər edənlər çoxalıb

Bakı. 3 iyul. REPORT.AZ/ Türkiyəyə səfər edən Azərbaycan vətəndaşlarının sayı illik müqayisədə 28,96% artaraq 2017-ci ilin yanvar-may ayları ərzində 243 421 nəfərə çatıb. Beləliklə, cəmi xarici ziyarətçi sayında azərbaycanlıların xüsusi çəkisi də 2,27%-dən 2,78%-ə yüksəlib.

“Report” bu barədə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir.

Təkcə bu ilin may ayı ərzində Azərbaycandan Türkiyəyə 56 408 nəfər səfər edib ki, bu da illik müqayisədə 23,47% çoxdur.

Yanvar-may aylarında Türkiyəyə səfər edən xarici vətəndaşlar arasında ilk beşlikdə Rusiya (928 376), Gürcüstan (874 955), Almaniya (863 572), İran (774 010) və Bolqarıstan (638 409) sıralanıb.

Qeyd edək ki, 2016-cı ilin yanvar-may aylarında isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə Azərbaycandan Türkiyəyə səfər edənlərin sayında 10,37% azalma qeydə alınıb. Belə ki, 2016-cı ilin ilk beş ayında Türkiyəyə 188 761 nəfər Azərbaycan vətəndaşı səfər edib.

Son xəbərlər

Orphus sistemi