Azərbaycandan Gürcüstana səfərlərin artım tempi azalıb

Azərbaycandan Gürcüstana səfərlərin artım tempi azalıb Ötən ilin IV rübündə Gürcüstan Azərbaycandan 111,7 min nəfər ziyarətçi qəbul edib.
Turizm
24 Fevral , 2020 11:42
Azərbaycandan Gürcüstana səfərlərin artım tempi azalıb
Pexels.com

Ötən ilin IV rübündə Gürcüstan Azərbaycandan 111,7 min nəfər ziyarətçi qəbul edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Azərbaycandan olan ziyarətçilər Gürcüstana səfər edənlərin 16,7%-ni təşkil edib. 2018-ci ilin anoloji dövrü ilə müqayisədə göstəricidə 4,5% azalma qeydə alınıb.

Hesabat dövründə Gürcüstan ən çox ziyarətçini 263,2 min nəfər olmaqla Türkiyədən (39,3%) qəbul edib. Üçüncü yerdə isə Avropa İttifaqına üzv olan ölkələrin vətəndaşları qərarlaşıb.

2019-cu ilin oktyabr-dekabr aylarında qonşu ölkəyə, ümumilikdə, 890,5 min ziyarətçi səfər edib. Ziyarətçilərin 45,3%-ni 31-50 yaş qrupunda daxil olan şəxslər təşkil edib.

Səfərlərin əsas məqsədləri dost-qohum ziyarəti (35,6%), alış-veriş (31,8%), biznes (17,8%), tətil və müalicə (10,8%) olub. 

Son xəbərlər

Orphus sistemi