Azərbaycandan Gürcüstana səfərlər 97% azalıb

Azərbaycandan Gürcüstana səfərlər 97% azalıb Bu ilin mayında Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 96,9% azalıb.
Turizm
1 İyul , 2020 11:52
Azərbaycandan Gürcüstana səfərlər 97% azalıb

Bu ilin mayında Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 96,9% azalıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu göstərici Gürcüstan Milli Bankının aylıq hesabatında əksini tapıb. 

Hesabat ayında Gürcüstana yollanan əcnəbi ziyarətçilərin sayında 94,1% azalma qeydə alınıb.

Qonşu ölkənin Rusiya və Ermənistandan qəbul etdiyi əcnəbi qonaqların sayı da müvafiq olaraq 97,8% və 92,1% azalıb.

Gürcüstanın Milli Turizm Administrasiyasının məlumatına əsasən, mayda Azərbaycandan ölkəyə 3 276 nəfər gəlib. Yanvar-mayda isə bu göstərici illik müqayisədə 46,2% azalaraq 268 016 nəfər təşkil edib.

Azalmaya səbəb koronavirus pandemiyası səbəbindən Gürcüstan və digər ölkələrin quru və hava sərhədlərini bağlamasıdır. 

Son xəbərlər

Orphus sistemi