Azərbaycandan Gürcüstana səfərlər 76% azalıb

Azərbaycandan Gürcüstana səfərlər 76% azalıb Bu ilin ilk 9 ayında Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 283 351 nəfər təşkil edib.
Turizm
12 Oktyabr , 2020 15:02
Azərbaycandan Gürcüstana səfərlər 76% azalıb

Bu ilin ilk 9 ayında Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 283 351 nəfər təşkil edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının hesabatında bildirilir.

İllik müqayisədə Azərbaycandan olan ziyarətçilərin sayı 886 480 nəfər və yaxud 75,8% azalıb.

Yanvar-sentyabrda Gürcüstan ümumilikdə 1 597 528 nəfər beynəlxalq ziyarətçi qəbul edib ki, bu da ötən ilin eyni göstəricisindən 78% azdır.

Son xəbərlər

Orphus sistemi