Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan Gürcüstana 287 275 nəfər səfər edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının hesabatında bildirilir.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrünə nisbətdə 1 002 096 nəfər və yaxud 77,7% azdır.
On ay ərzində Gürcüstanın qəbul etdiyi beynəlxalq ziyarətçilərin ümumi sayı isə illik müqayisədə 79,4% azalaraq 1 649 547 nəfər təşkil edib.