Azərbaycandan Gürcüstana səfər edənlərin sayı iyulda 2 dəfə artıb

Azərbaycandan Gürcüstana səfər edənlərin sayı iyulda 2 dəfə artıb Bu ilin yanvar-iyul aylarında Azərbaycandan Gürcüstana 37 602 nəfər səfər edib.
Turizm
10 Avqust , 2021 13:16
Azərbaycandan Gürcüstana səfər edənlərin sayı iyulda 2 dəfə artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan Gürcüstana 37 602 nəfər səfər edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının hesabatında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 86,4 % azdır.

2021-ci ilin yul ayında isə Azərbaycandan qonşu ölkəyə 8 397 nəfər yollanıb ki, bu da illik müqayisədə 4 373 nəfər və yaxud 2 dəfə çoxdur.

Hesabat ayında Gürcüstana səfər edən beynəlxalq ziyarətçilərin ümumi sayı 230 902 nəfər olub ki, bu da 1 il əvvələ nisbətən 5 dəfə çoxdur.

Son xəbərlər

Orphus sistemi