Azərbaycandan Gürcüstana səfər edənlərin sayı iki dəfədən çox azalıb

Azərbaycandan Gürcüstana səfər edənlərin sayı iki dəfədən çox azalıb Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 271 606 nəfər təşkil edib.
Turizm
16 İyul , 2020 19:27
Azərbaycandan Gürcüstana səfər edənlərin sayı iki dəfədən çox azalıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 271 606 nəfər təşkil edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Turizm Administrasiyasından bildirilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə qonşu ölkənin Azərbaycandan qəbul etdiyi ziyarətçilərin sayı 351 111 və ya 56,4% azalıb.

Bu ilin ilk yarısında Gürcüstan ümumilikdə 1 447 208 nəfər beynəlxalq ziyarətçi qəbul edib ki, bu da illik müqayisədə 62,5% azdır.

Hesabat dövründə Gürcüstana digər qonşu ölkələr - Türkiyədən 225 968, Ermənistandan 205 450, Rusiyadan isə 183 135 nəfər səfərə yollanıb.

Qeyd edək ki, pandemiyaya görə Gürcüstan və Azərbaycan arasında gediş-gəliş martın 14-dən dayandırılıb. 

Son xəbərlər

Orphus sistemi