Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 35% artıb

Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 35% artıb Yanvar ayında Gürcüstana 633 201 beynəlxalq ziyarətçi səfər edib.
Turizm
4 Fevral , 2020 11:42
Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 35% artıb

Yanvar ayında Gürcüstana 633 201 beynəlxalq ziyarətçi səfər edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Turizm Administrasiyasından bildirilib.

İllik müqayisədə ziyarətçilərin sayı 19,8% artıb. Turist səfərlərinin sayı isə 363 614 təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 57 675 və ya 18,9% çoxdur.

Ötən ay Gürcüstan ən çox Azərbaycan, Ermənistan, Rusiya və Türkiyədən ziyarətçilər qəbul edib. Azərbaycandan qonşu ölkəyə yollanan ziyarətçilərin sayı illik müqayisədə 34,9% artıb. 

Son xəbərlər

Orphus sistemi