Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 14% artıb

Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 14% artıb Bu ilin aprel ayında Azərbaycandan Gürcüstana səfər edənlərin sayında illik müqayisədə 13,8% artım qeydə alınıb.
Turizm
31 May , 2021 20:47
Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 14% artıb

Bu ilin aprel ayında Azərbaycandan Gürcüstana səfər edənlərin sayında illik müqayisədə 13,8% artım qeydə alınıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının aprel ayı üzrə hesabatında bildirilib.

Sənədə əsasən, keçən ay qonşu ölkənin qəbul etdiyi beynəlxalq ziyarətçilərin sayı ötən ilin eyni göstəricisindən 140,4% çox olub.

Ziyarətçilərin 91,9%-ni turistlər təşkil edib ki, bu da ötən ilin analoji dövrünə nisbətdə 182,2% çoxdur.

Hesabatda vurğulanıb ki, səfər edənlərin sayının artmasına vaksinasiyanın aparılması və beynəlxalq aviareyslərin bərpası səbəb olub.

Son xəbərlər

Orphus sistemi