Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 13% artıb

Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 13% artıb İyun ayında Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 167 529 nəfər təşkil edib.
Turizm
1 Avqust , 2019 13:55
Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 13% artıb

İyun ayında Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 167 529 nəfər təşkil edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin aylıq hesabatında bildirilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycandan qonşu ölkəyə gedənlərin sayı 13% artıb.

Hesabat ayında Azərbaycan Gürcüstana səfər edən əcnəbilərin sayı baxımından ikinci yeri tutub. Birinci yerdə 212 981 nəfərlə Rusiya, üçüncü yerdə isə 156 117 nəfərlə Türkiyə qərarlaşıb.

Gürcüstana gedən rusiyalıların sayında 24%, Türkiyə vətəndaşlarının sayında isə 38% artım qeydə alınıb. 

Son xəbərlər

Orphus sistemi