Azərbaycandan Gürcüstana səfər edənlərin çoxu əvvəllər bu ölkədə olmuş şəxslərdir

Azərbaycandan Gürcüstana səfər edənlərin çoxu əvvəllər bu ölkədə olmuş şəxslərdir Tbilisi. 11 sentyabr. REPORT.AZ/ Bu ilin II rübündə Azərbaycandan Gürcüstana səfər edənlərin 95,5%-ni bu ölkədə əvvəl olmuş şəxslər təşkil edib.
Turizm
11 Sentyabr , 2018 17:45
Azərbaycandan Gürcüstana səfər edənlərin çoxu əvvəllər bu ölkədə olmuş şəxslərdir
0 : 00
0 : 00

Tbilisi. 11 sentyabr. REPORT.AZ/ Bu ilin II rübündə Azərbaycandan Gürcüstana səfər edənlərin 95,5%-ni bu ölkədə əvvəl olmuş şəxslər təşkil edib. 

“Report”un yerli bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının araşdırmasında bildirilir.

Araşdırmaya əsasən, hesabat dövründə azərbaycanlı turistlərin yalnız 4,5%-i Gürcüstana ilk dəfə səfər edib. Azərbaycandan olan turistlərin gecələmə sayı orta hesabla 1,9 gün təşkil edib.

Ümumiyyətlə, aprel-iyun aylarında Gürcüstana səfər edən əcnəbi ziyarətçilərin 70,4%-i bu ölkəyə təkrar səfər edib. Hesabat dövründə 496 840 nəfər Gürcüstanda ilk dəfə səfərdə olub.

Rüb ərzində Gürcüstana gələnlərin 53%-i Tbilisiyə, 28%-i Batumiyə, 13%-i isə Mtsxetaya səfər edib. 

Son xəbərlər

Orphus sistemi