Azərbaycandakı hotellər üçün "səhər yeməyi" brendi patentləşdirilib

Azərbaycandakı hotellər üçün "səhər yeməyi" brendi patentləşdirilib Avropa Oyunları zamanı hotellər turistlərə "Azerbaijan breakfast"ı təqdim edəcək
Turizm
677
2 Aprel , 2015 16:35
Azərbaycandakı hotellər üçün səhər yeməyi brendi patentləşdirilib

Bakı. 2 aprel. REPORT.AZ/ Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi turizm sahəsində yeni brendi patentləşdirib. "Report"un xəbərinə görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, Azərbaycan Avropa Oyunları zamanı və oyunlardan sonra ilkin mərhələdə bir neçə hoteldə, tədricən isə bütün hotellərdə milli mətbəx brendi ("Azerbaijan breakfast") təqdim edəcək: “Bu, Azərbaycan mətbəxinin qaydalarına uyğun hazırlanacaq. Ailə-məişət, gündəlik həyatımızı əks etdirməklə yanaşı, mətbəximizin ən dəyərli ənənələrini qorumaqla yeni, müasir şəkildə təqdim edəcəyik”.

Ə.Qarayev hotellərin bu brendi təqdim edəndən sonra onların xidmətində də keyfiyyət dəyişikliyini görəcəklərinə ümid edir.

Son xəbərlər

Orphus sistemi