Azərbaycanda yeni işgüzar turizm məhsulları yaradılacaq

Azərbaycanda yeni işgüzar turizm məhsulları yaradılacaq Bu gün İşgüzar Tədbirlər Sənayesi Alyansının üzvləri ilə keçirilən görüşdə işçi qrupunun yaradılmasına qərar verilib.
Turizm
19 Sentyabr , 2019 15:27
Azərbaycanda yeni işgüzar turizm məhsulları yaradılacaq

Bu gün İşgüzar Tədbirlər Sənayesi Alyansının üzvləri ilə keçirilən görüşdə işçi qrupunun yaradılmasına qərar verilib.

Bu barədə "Report"a Dövlət Turizm Agentliyindən bildirilib. 

Məlumata görə, ilkin mərhələdə 10 nümayəndənin qatıldığı işçi qrupu yeni işgüzar turizm məhsullarının yaradılmasına dəstək göstərəcək. 

Tədbirdə Azərbaycanın işgüzar turizm sənayesini təmsil edən və Alyansa üzv olan 35-ə yaxın şirkətin 80 nümayəndəsi iştirak edib.

Görüşdə çıxış edən işgüzar tədbirlər sahəsində ixtisaslaşmış avstriyalı ekspert İvo Franşitz Azərbaycanı yeni işgüzar tədbirlər məkanı kimi tanıtmaq üçün Azərbaycan Konqreslər Bürosunun və sənaye iştirakçılarının birgə əməkdaşlığının əhəmiyyətindən danışıb.

O qeyd edib ki, üzvlər arasında birgə və koordinasiyalı fəaliyyət, bununla bərabər daxili resurslardan doğru şəkildə istifadə etmək işgüzar məqsədlərlə Azərbaycana səfər edənlərin sayını daha da artıracaq.

Xatırladaq ki, iyulun 11-də İşgüzar Tədbirlər Sənayesi Alyansının rəsmi təqdimat mərasimi keçirilib. Alyansın yaradılmasından məqsəd beynəlxalq konqres, konfrans, forum və biznes görüşlərinin Azərbaycanda keçirilməsinə nail olmaq və bunu intensivləşdirməkdir.

Son xəbərlər

Orphus sistemi