Azərbaycan Turizm Bürosu: "Biz potensial müştərilərimizlə əməkdaşlığı genişləndirməyi düşünürük"

Azərbaycan Turizm Bürosu: "Biz potensial müştərilərimizlə əməkdaşlığı genişləndirməyi düşünürük" “Biz potensial müştərilərimizlə əməkdaşlığı genişləndirməyi düşünürük”.
Turizm
14 Yanvar , 2020 11:37
Azərbaycan Turizm Bürosu: Biz potensial müştərilərimizlə əməkdaşlığı genişləndirməyi düşünürük

“Biz potensial müştərilərimizlə əməkdaşlığı genişləndirməyi düşünürük”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid təmsil etdiyi qurumun "Experience Azerbaijan" jurnalının təqdimatında deyib.

F.Zenqstşmid deyib ki, jurnal ildə iki dəfə nəşr olunur: "Bu jurnal tam yerli məhsuldur. Mən fəxr edirəm ki, adıçəkilən jurnalı yerli redaktorların köməyi ilə nəşr etmişik. Həmçinin jurnaldakı bütün fotolar da yerli Azərbaycan fotoqraflarının çəkdiyi fotolardır. Bu jurnaldakı məlumatlar çox maraqlı və praktikdir. Bu jurnalın ilk nəşridir. Növbəti nəşr martda gözlənilir. Çünki səyahət planlamaları məhz həmin tarixlərdə olur. Növbəti nəşr isə sentyabra gözlənir".

ARB rəsmisi bildirib ki, fevralın sonunda turizm portalının təqdimatı olacaq: "Bu portal vasitəsilə turizm planlamaları həyata keçiriləcək".

Son xəbərlər

Orphus sistemi