Azərbaycanda paytaxt üçün rəsmi şəhər kartı buraxılır

Azərbaycanda paytaxt üçün rəsmi şəhər kartı buraxılır Bakı. 27 fevral. REPORT.AZ/ Paytaxt Bakı üçün rəsmi şəhər kartı  - Baku Card dövriyyəyə buraxılır. Bu, Azərbaycanda ilk və yeganə təcrübədir. 
Turizm
27 Fevral , 2018 16:33
Azərbaycanda paytaxt üçün rəsmi şəhər kartı buraxılır
Report

Bakı. 27 fevral. REPORT.AZ/ Paytaxt Bakı üçün rəsmi şəhər kartı  - "Baku Card" dövriyyəyə buraxılır. Bu, Azərbaycanda ilk və yeganə təcrübədir. 

“Report” xəbər verir ki, bu barədə Milli Turizmin Təbliği Bürosunun Media və PR üzrə meneceri Kənan Quluzadə məlumat verib. 

O, kartın qiymətlərini də açıqlayıb: "Baku Card" 3 növ olacaq 35, 60 və 90 manatlıq. 1-ci 24 saatlıq, 2-ci 72 saatlıq, 3-cü isə 1 həftəlik istifadə üçün nəzərdə tutulub”.

Kart sahibləri ictimai nəqliyyatdan pulsuz, muzeylərdən və digər mədəniyyət mərkəzlərindən isə ödənişsiz və yaxud endirimlə istifadə edəcək. Bundan əlavə, “Baku Card” sahiblərini mağazalar, kafelər, restoranlar və digər yerlərdə endirimlər və xüsusi təkliflər gözləyir. 

Son xəbərlər

Orphus sistemi