Azərbaycanda hotellərin aldıqları ulduzlara uyğunluğu yoxlanılacaq

Azərbaycanda hotellərin aldıqları ulduzlara uyğunluğu yoxlanılacaq Azərbaycan Turizm Bürosu ölkədəki hotellərə ulduz verilməsi üzrə yeni meyarların tətbiqini planlaşdırır. Bununla da, hotellərin aldıqları ulduzlara uyğunluğu yoxlanılacaq.
Turizm
6 Dekabr , 2019 12:48
Azərbaycanda hotellərin aldıqları ulduzlara uyğunluğu yoxlanılacaq

Azərbaycan Turizm Bürosu ölkədəki hotellərə ulduz verilməsi üzrə yeni meyarların tətbiqini planlaşdırır. Bununla da, hotellərin aldıqları ulduzlara uyğunluğu yoxlanılacaq. 

“Report” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında qurumun baş icraçı direktoru Florian Zenqstşmid məlumat verib.

Onun sözlərinə görə, bunun üçün xaricdən mütəxəssislər cəlb olunacaq.

“Məqsədimiz hər hansı hoteli cəzalandırmaq deyil, onların xidmət səviyyəsini yüksəltməkdir. Hər bir hotelə otel üçün öz imkanları çərçivəsində qiymət müəyyən ediləcək”, - F. Zenqstşmid deyib.

Son xəbərlər

Orphus sistemi