Azərbaycanda hotelçilik sənayesinin nümayəndələri üçün təlim keçirilib

Azərbaycanda hotelçilik sənayesinin nümayəndələri üçün təlim keçirilib Tədbirdə iştirakçılar postpandemiya dövrünə hazırlıq tədbirləri barədə məlumatlandırılıb
Turizm
7 Aprel , 2021 15:40
Azərbaycanda hotelçilik sənayesinin nümayəndələri üçün təlim keçirilib

Bu gün Azərbaycan Turizm Bürosu (ATB) və Azərbaycan Hotel Assosiasiyası (AHA) hotelçilik sənayesinin nümayəndələri üçün prioritet bazarlardan olan turistlərin hotelçilik sənayesindən gözləntiləri barəsində vebinar təşkil edib.

Bu barədə "Report"a ATB-dən məlumat verilib.

Vebinarda sənaye nümayəndələrinə Avropa, MDB, Yaxın Şərq regionlarından, Çin və Hindistandan olan turistlərin səyahət və təhlükəsizlik qaydaları ilə bağlı tələbləri və gözləntiləri barəsində məlumat verilib.

Onlayn tədbirdə həmçinin qeyd olunan regionlarda pandemiya ilə əlaqədar vəziyyət, vaksinasiyanın aparılması səviyyəsi, hava limanlarından istifadə etməyə dair yeni qaydalar, Azərbaycanın təhlükəsiz turizm destinasiyası kimi cari mövqeyi, turistlərin pandemiya dövründə daha çox diqqət yetirdiyi məqamlar haqqında təqdimatlar edilib.

Tədbirdə iştirakçılar ATB-nin pandemiya dövründə apardığı onlayn marketinq, təbliğat siyasəti, postpandemiya dövrünə hazırlıq tədbirləri barədə məlumatlandırılıb.

Sual-cavab sessiyasında sənaye nümayəndələri tərəfindən olan maraq nəzərə alınaraq bu cür tədbirlər mütəmadi olaraq keçirilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi