Azərbaycanda "EKSPO-2025" beynəlxalq sərgisi keçirilə bilər

Azərbaycanda "EKSPO-2025" beynəlxalq sərgisi keçirilə bilər Ölkənin adı iddiaçılar sırasındadır
Turizm
6 İyun , 2017 13:27
Azərbaycanda EKSPO-2025 beynəlxalq sərgisi keçirilə bilər

Bakı. 6 iyun. REPORT.AZ/ Azərbaycan "EKSPO-2025" beynəlxalq sərgisinin keçirilməsinə iddia edən ölkələr arasındadır. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, sərgiyə ev sahibliyini paytaxt Bakı edə bilər. 

Azərbaycanla yanaşı, Rusiya (Yekaterinburq), Fransa (Paris) və Yaponiya (Tokio) kimi sərgiyə iddiaçı ölkələrdir. Bu barədə yekun qərar gələn ilin noyabrında qəbul ediləcək. Sərginin keçirilmə şərtlərinə görə, 172 ölkə ən yaxşı nemətlərini nümayiş etdirməlidir.

Xatırladaq ki, bu il Qazaxıstanın paytaxtı Astanada "EKSPO-2017" beynəlxalq sərgisi keçiriləcək. Sərgini 5 mln.-dan artıq insanın ziyarət edəcəyi gözlənilir. Tədbirdə 115 ölkədən 18-dən artıq beynəlxalq təşkilat iştirak edəcək. Qazaxıstanın sərgidən 283 mln. avro gəlir əldə edəcəyi gözlənilir. 

Son xəbərlər

Orphus sistemi