Azərbaycanda bəzi mehmanxanalara dərəcə sertifikatları verilib

Azərbaycanda bəzi mehmanxanalara dərəcə sertifikatları verilib Hazırda Azərbaycan ərazisində təsnifatdan keçən mehmanxana və mehmanxana tipli obyektlərin sayı 127-ə çatıb
Turizm
8 Fevral , 2017 18:25
Azərbaycanda bəzi mehmanxanalara dərəcə sertifikatları verilib

Bakı. 8 fevral. REPORT.AZ/ Mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bəzi mehmanxanaların təsnifatı aparılıb.

Nazirlikdən "Report"a verilən xəbərə görə, nazirliyin sifarişi ilə hazırlanan xüsusi proqram vasitəsilə ekspert qrupu tərəfindən mehmanxanalara baxış keçirilir və ulduz dərəcələri müəyyən olunur.

Məlumata görə, fevral ayı ərzində Bakı şəhərində və regionda yerləşən aşağıda adları qeyd olunan 2 mehmanxanaya (“Qalaaltı Hotel & Spa” - 5 ( beş) ulduz, "Joyy Hotel & Spa” - 4 (dörd) ulduz) AZS 745-2015 Dövlət Standartına uyğun olaraq ulduz dərəcə sertifikatları verilib.

Qeyd edək ki, hazırda Azərbaycan ərazisində təsnifatdan keçən mehmanxana və mehmanxana tipli obyektlərin sayı 127-ə çatıb.

Son xəbərlər

Orphus sistemi