Azərbaycanda “Beş dövrün beş paytaxtı" adlı infotur keçirilir

Azərbaycanda “Beş dövrün beş paytaxtı" adlı infotur keçirilir İnfortur Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və yerli turizm şirkətlərindən birinin təşkilatçılığı ilə baş tutub
Turizm
3 İyul , 2017 15:40
Azərbaycanda “Beş dövrün beş paytaxtı adlı infotur keçirilir

Bakı. 3 iyul. REPORT.AZ/ Bu gün Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və yerli turizm şirkətlərindən birinin təşkilatçılığı ilə Azərbaycanda fəaliyyət göstərən 30-a yaxın turizm şirkətinin nümayəndələri üçün "Beş dövrün beş paytaxtı” adlı marşrut üzrə infotura start verilib.

“Report” bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, qurumun Turizm şöbəsinin Regionlarda turizmin inkişafı sektorunun müdiri Seymur Həsənov bildirib ki, infotur tarixin müxtəlif dövrlərində Azərbaycan ərazisində yaranmış dövlətlərin paytaxtı olmuş şəhərləri əhatə edir. Marşruta Bakı, Gəncə, Bərdə, Qəbələ və Şamaxı şəhərləri daxildir. Bu şəhərlər bir-birindən fərqli istiqamətlərdə yerləşdiyindən turizm şirkətləri "Beş dövrün beş paytaxtı" turizm marşrutuna daxil olan şəhərlərdən hər birinə və ya bir neçəsinə ayrı-ayrılıqda da tur təşkil edə bilərlər.

İnfotur zamanı bu istiqamətdə yerləşən bir neçə tarixi məkanla tanışlıq olub. Hacıqabul rayonu ərazisində yerləşən Pir Hüseyn xanəgahı haqqında tur iştirakçılarına geniş məlumat verilib.

Marşrut üzrə ilk ekskursiya "Gəncə - Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı" adlanan proqram üzrə Gəncə şəhərinə təşkil edilib. Azərbaycan tarixində mühüm yer tutmuş bu qədim şəhər tarixi-mədəni abidələrlə də zəngindir. Səfər zamanı bu tarixi irslə tanışlıq olub. Qonaqlar ilk olaraq Xalq Cümhuriyyəti hökumətinin iclaslarının keçirildiyi indiki Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun binasına baş çəkiblər. Daha sonra Xan bağı, Çökək hamam, Cümə məscidi, Cavad xanın türbəsi və eləcə də şəhərin digər gəzməli-görməli yerləri ziyarət olunub. İnfotur nümayəndələrinə bu məkanlar haqqında geniş məlumat verilib.

İyulun 4-dək davam edəcək infotur çərçivəsində Bərdə və Qəbələ şəhərləri ilə də tanışlıq olacaq. 

Son xəbərlər

Orphus sistemi