Azərbaycanda Bələdçilər Assosiasiyası yaradılıb

Azərbaycanda Bələdçilər Assosiasiyası yaradılıb Bakı. 10 aprel. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Turizm və Menecment Universitetinin nəzdində “Turizm bələdçilərinin və tərçüməçi-gidlərin Attestasiya Komitəsi”ndən bələdçi kartı almış bələdçilərin iştirakı ilə toplantı keçirib.
Turizm
10 Aprel , 2018 15:27
Azərbaycanda Bələdçilər Assosiasiyası yaradılıb

Bakı. 10 aprel. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Turizm və Menecment Universitetinin nəzdində “Turizm bələdçilərinin və tərçüməçi-gidlərin Attestasiya Komitəsi”ndən bələdçi kartı almış bələdçilərin iştirakı ilə toplantı keçirib.

Nazirlikdən "Report"a verilən məlumata görə, toplantıda qurumun Turizm şöbəsinin müdiri Aydin İsmiyev ölkədə turizmin mövcud vəziyyəti, inkişaf dinamikası, turizm sahəsi ilə bağlı yaradılan Assosiasiya və İctimai Birliklər (Azərbaycan Turizm Assosiasiyası, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək İctimai Birliyi, Kənd Yaşıl Turizminin İnkişafına Dəstək İctimai Birliyi) haqqında məlumatlar verib, turizm bazarının genişlənməsi, ölkəmizdə fəaliyyət göstərən turizm bələdçilərinin sayının artması və bu sahədə görüləcək işlərin daha sürətləndirilməsi məqsədilə Bələdçilər Assosiasiyasının yaradılmasına ehtiyac olduğunu qeyd edib. Təklifi tədbirdə iştirak edən 125 bələdçi səsvermə yolu ilə qəbul edib.

Toplantının davamı olaraq Bələdçilər Assosiasiyasının təsis konfransı keçirilib, Təşəbbüs Qrupunun sədri seçilmiş Əlixan Mürvətov iclası aparıb, bələdçilər səsvermə yolu ilə Assosiasiyanın 9 nəfərdən ibarət İdarə Heyətinin üzvlərini müəyyən edib.

Tədbirdə iştirak edən Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov çıxış edərək yeni yaradılan Bələdçilər Assosiasiyasına ilkin mərhələdə təşkilatı işlərin həyata keçirilməsində və gələcək fəaliyyətində dəstək göstərəcəyini bildirib. 

İclasın sonunda yeni yaradılmış Assosiasiyanın dövlət qeydiyyatına alınması ilə bağlı İdarə Heyətinin üzvləri tərəfindən müvafiq müraciətin edilməsi qərara alınıb.

"Azərbaycanda Bələdçilər Assosiasiyasının yaradılması ölkə ictimaiyyətində və beynəlxalq arenada Azərbaycanın maraqlarının təmin edilməsi, Dünya Turizm Bələdçilərinin Assosiasiyalar Federasiyasına (WFTGA) üzv olunması, beynəlxalq standartlara cavab verən bələdçi və təlimçilərin hazırlanması, vahid ekskursiya mətnlərinin tərtibi, turizm bələdçilərinin elektron kataloqunun hazırlanması və turizm sənayesinin digər fəaliyyət sahələrinə öz müsbət töhfəsini verəcək", - deyə məlumatda qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi