Azərbaycanda bazara yeni turizm məhsulları çıxarılır

Azərbaycanda bazara yeni turizm məhsulları çıxarılır “Azərbaycanda ehtiyac duyulan yeni turizm məhsullarının siyahısı hazırlanıb”.
Turizm
10 Avqust , 2021 12:00
Azərbaycanda bazara yeni turizm məhsulları çıxarılır

“Azərbaycanda ehtiyac duyulan yeni turizm məhsullarının siyahısı hazırlanıb”.

“Report” xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Azərbaycan Turizm Bürosunun (ATB) nümayəndəsi Şərifə Həsənova deyib.

O, qeyd edib ki, bunun üçün ölkədəki 20 ən böyük turizm təşkilatı ilə məsləhətləşmələr aparılıb: “Lazımi turizm məhsulları arasında ilk yeri ekoturizm tutur. Biz qonşu ölkələrin bu sahədə təcrübəsini öyrənmək üçün bir neçə ay vaxt sərf etdik. Həmçinin dağ-meşə turizmi də tələb olunan məhsullardan idi ki, biz Avropa təcrübəsini öyrənib onu tətbiq etməyə başlamışıq”.

Son xəbərlər

Orphus sistemi