Azərbaycana səfər etmiş xarici vətəndaşların sayı ötən il 6% artıb

Azərbaycana səfər etmiş xarici vətəndaşların sayı ötən il 6% artıb Bakı. 17 yanvar. REPORT.AZ/ 2018-ci ildə Azərbaycana səfər etmiş xarici vətəndaşların sayı 6% və yaxud 153 min nəfər artaraq 2,8 mln. nəfərə çatıb.
Turizm
17 yanvar 2019 09:00
Azərbaycana səfər etmiş xarici vətəndaşların sayı ötən il 6% artıb

Bakı. 17 yanvar. REPORT.AZ/ 2018-ci ildə Azərbaycana səfər etmiş xarici vətəndaşların sayı 6% və yaxud 153 min nəfər artaraq 2,8 mln. nəfərə çatıb. 

"Report" bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir. 

Məlumata görə, ötən ilin dekabr ayında isə Azərbaycana gələn əcnəbilərin sayı 1% artıb. 

2018-ci ildə Rusiya, Gürcüstan və Yaxın Şərq ölkələrinin vətəndaşları ümumi səyahətçi axınının 2/3 hissəsini təşkil edib. Bu istiqamətlərdən gələnlərin sayı artsa da, əvəzində iranlı turistlərin sayı azalıb. 

Qeyd edək ki, Yaxın Şərq ölkələrindən Azərbaycana gələnlərin sayı 35%, Asiya ölkələrindən gələnlərin sayı isə 55% artıb. Müsbət dinamikaya görə Yaxın Şərq ölkələri arasında xüsusilə fərqlənənlər Səudiyyə Ərəbistanı (120%, 41 min), İsrail (161%, 40 min) və Küveyt (81%, 30 min), Asiya ölkələri arasında isə Pakistan (135%, 73 min) və Hindistan (175%, 39 min) olub.

Son xəbərlər

Orphus sistemi