Azərbaycana gələn Hindistan turistlərin sayının artması gözlənilir

Azərbaycana gələn Hindistan turistlərin sayının artması gözlənilir Hindistandan Azərbaycana yaxın aylarda çoxlu sayda turist gəlməsi gözlənilir.
Turizm
25 May , 2022 18:40
Azərbaycana gələn Hindistan turistlərin sayının artması gözlənilir

Hindistandan Azərbaycana yaxın aylarda çoxlu sayda turistlərin gəlməsi gözlənilir.

Bunu “Report”a Hindistanın Azərbaycandakı Səfirliyinin birinci katibi Vinay Kumar bildirib.

Onun sözlərinə görə, Hindistandan Azərbaycana son üç ayda 3,6 min turist gəlib: “2019-cu ildə Azərbaycana 67 min Hindistan turisti səfər etmişdi. Azərbaycan Hindistan üçün maraqlı destinasiyadır, əfsus ki, ölkələr arasında birbaşa aviareys yoxdur.

Pandemiya dövründə birbaşa aviauçuşlar həyata keçirilmədi. Ola bilər ki, bəzi aviaşirkətlər Azərbaycan tərəfi ilə birbaşa reyslərin açılması ilə bağlı danışıqlar aparıb. Aviareyslər açılsa, turist axını daha da artar. Biz ölkələr arasında birbaşa aviareyslərin açılmasında maraqlıyıq. Bu, turizmə, insanlar arasında əlaqələrin inkişafına, biznes əlaqələrinin genişləndirilməsinə xidmət edir”.

Xatırladaq ki, bu ilin yanvar-aprel aylarında Azərbaycana dünyanın 151 ölkəsindən 330,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 1,9 %-i Hindistan vətəndaşları olub. Ötən ilin eyni dövrü ilə müqayisədə Hindistandan gələnlərin sayı 18,4 dəfə artıb.

Son xəbərlər

Orphus sistemi