Azərbaycana daha çox hansı regiondan turistlər səfər edib?

Azərbaycana daha çox hansı regiondan turistlər səfər edib? Ötən ilin dekabr ayında Azərbaycana Amerika regionundan 711 nəfər səfər edib ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 56,4 % azalma deməkdir.
Turizm
129
12 Yanvar , 2022 12:54
Azərbaycana daha çox hansı regiondan turistlər səfər edib?

Ötən ilin dekabr ayında Azərbaycana Amerika regionundan 711 nəfər səfər edib ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 56,4 % azalma deməkdir.

“Report”un Dövlət Turizm Agentliyinə istinadən verdiyi xəbərə görə, ötən il bütün digər regionlar üzrə də azalma qeydə alınıb.

Belə ki, Şərqi Avropadan gələnlər 63,6 % azalaraq 2 562 nəfər, Qərbi Avropadan səfər edənlər 47,7 % azalaraq 2 965 nəfər, Afrikadan təşrif buyuranların sayı 48,6 % geriləyərək 493 nəfər təşkil edib.

Azərbaycana Asiyanın Cənub Şərqindən gələn turistlərin sayı 56,9 % azalıb və 600 nəfərə, Şimal Şərqindən gələnlər 52,8 % azalaraq 775 nəfərə, Cənubundan təşrif buyuranlar isə 78 % azalaraq 2 542 nəfər təşkil edib.

Ölkəmizə səfər edən turistlərin 144 nəfəri qeyd edilən bu regionların payına düşmür. Amma onlarında payı illik müqayisədə 76,7 % azalıb.

Son xəbərlər

Orphus sistemi