Azərbaycan vətəndaşlarına və turoperatorlara xəbərdarlıq edildi

Azərbaycan vətəndaşlarına və turoperatorlara xəbərdarlıq edildi Son günlər dünyanın bir sıra ölkələrində koronavirus (COVID-19) epidemiyasının geniş yayıldığını nəzərə alaraq, vətəndaşlarımıza xaricə səfərlərini planlaşdırarkən mümkün riskləri nəzərə almağı tövsiyə edirik.
Turizm
1162
27 Fevral , 2020 19:20
Azərbaycan vətəndaşlarına və turoperatorlara xəbərdarlıq edildi

"Son günlər dünyanın bir sıra ölkələrində koronavirus (COVID-19) epidemiyasının geniş yayıldığını nəzərə alaraq, vətəndaşlarımıza xaricə səfərlərini planlaşdırarkən mümkün riskləri nəzərə almağı tövsiyə edirik".

"Report" xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin ölkə vətəndaşlarına və turoperatorlara müraciətində bildirilir. 

"Xəstəliyə yoluxma və virusun Azərbaycan ərazisinə keçməsi təhlükəsinin qarşısının alınması məqsədilə vətəndaşlarımıza həmin ölkələrdə epidemoloji vəziyyət sabitləşənədək səfərlərini təxirə salmağı məsləhət görürük. Turoperatorlara tövsiyə edirik ki, koronavirusun yayıldığı ölkələrə getmək arzusunda olan vətəndaşlarımızı səfərin mümkün riskləri barəsində məlumatlandırsınlar", - məlumatda vurğulanır.

Son xəbərlər

Orphus sistemi