Azərbaycan və Rusiya Qafqazda vahid dağ-xizək klasteri yarada bilər

Azərbaycan və Rusiya Qafqazda vahid dağ-xizək klasteri yarada bilər Bakı. 25 dekabr. REPORT.AZ/ Azərbaycanın kurortları Şimali Qafqaz Federal Dairəsinin kurortları ilə birlikdə Qafqazın vahid dağ-xizək klasterinə daxil ola bilərlər.
Turizm
25 Dekabr , 2018 11:40
Azərbaycan və Rusiya Qafqazda vahid dağ-xizək klasteri yarada bilər

Bakı. 25 dekabr. REPORT.AZ/ "Azərbaycanın kurortları Şimali Qafqaz Federal Dairəsinin kurortları ilə birlikdə Qafqazın vahid dağ-xizək klasterinə daxil ola bilərlər".

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə "Şimali Qafqaz Kurortları" (ŞQK) ASC-nin baş direktorunun müavini Rüstəm Tapayev iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının iclasının yekunlarına şərh verərkən bildirib.

R.Tupaevin sözlərinə görə, dünyada turizm sektorunda artıq belə əməkdaşlıq nümunələri var: "Məsələn, Tirolda Avstriya tərəfdən İşql kurortu, İsveçrə tərəfdən isə Samnaun kurortu fəaliyyət göstərir. Belədə turistlərin sürüşmə sahəsinə bir ölkənin ərazisindən çıxıb o birinin ərazisinə sürüşmək imkanı yaranır".

Bununla yanaşı, ŞQK müxtəlif turistik marşrutların, o cümlədən dəniz gəzintilərinin təşkilinin mümkün olduğu Xəzər sahili klaster yaradılması üzrə azərbaycanlı həmkarları ilə əməkdaşlıqda böyük potensial görür. 

Son xəbərlər

Orphus sistemi