Azərbaycan və Özbəkistan arasında birbaşa aviareyslərin sayı artırıla bilər

Azərbaycan və Özbəkistan arasında birbaşa aviareyslərin sayı artırıla bilər Azərbaycanla Özbəkistan arasında qarşılıqlı turizm əlaqələrinin inkişafı, birgə turizm marşrutlarının hazırlanması və turistik səfərlərin sayının artırılması məsələləri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Özbəkistanın Baş Nazirinin müavini, Tu
Turizm
23 May , 2022 16:31
Azərbaycan və Özbəkistan arasında birbaşa aviareyslərin sayı artırıla bilər

Azərbaycanla Özbəkistan arasında qarşılıqlı turizm əlaqələrinin inkişafı, birgə turizm marşrutlarının hazırlanması və turistik səfərlərin sayının artırılması məsələləri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Özbəkistanın Baş Nazirinin müavini, Turizm və mədəni irs naziri Əziz Abduxakimov arasında bu gün keçirilmiş görüşdə müzakirə olunub.

Bu barədə "Report"a Agentlikdən bildirilib.

Məlumata görə, görüş Şamaxıda keçirilən Türk Dövlətləri Təşkilatının turizm nazirlərinin 7-ci görüşü çərçivəsində baş tutub. F.Nağıyev Ə.Abduxakimova işğaldan azad olunan ərazilərin turizm potensialı, hazırlanan layihələr və həyata keçirilən işlər haqqında ətraflı məlumat verib. Özbək nazir ölkəsinin Azərbaycanla turizm əlaqələrinin inkişafında maraqlı olduğunu, tərəflər arasında təcrübə mübadiləsinin aparılmasının, turizm şirkətləri arasında əməkdaşlığın təşkili və aviauçuşların sayının artırılması məsələlərinin önəmini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi