Yuxarı

Azərbaycan və Meksika turizm sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan və Meksika turizm sahəsində əməkdaşlığı müzakirə edib
© Report

Bakı. 8 fevral. REPORT.AZ/ İkitərəfli əməkdaşlığı gücləndirmək məqsədi ilə Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşüb.

Bu barədə "Report"a Meksikanın Azərbaycandakı səfirliyindən xəbər veriblər.

Görüşdə tərəflər hüquqi bazanın möhkəmləndirilməsini müzakirə ediblər və bu xüsusda, təhsil, elm, gənclər, mədəniyyət və idman sahələrində əməkdaşlığa dair hökümətlərarası sazişə toxunulub. Qeyd olunub ki, adıçəkilən sahələr əməkdaşlığın yeni yollarını və imkanlarını açacaq, eyni zamanda, ümumilikdə ikitərəfli münasibətlərə təkan verəcək.

Tərəflər həm mədəniyyət sahəsində, həm də turizm sektorunda əməkdaşlıq üçün geniş imkanları müzakirə ediblər. Səfir R.Labardini ölkəsinin bu sahədə böyük potensialını vurğulayaraq, illik 37 milyon turist ilə Meksikanın dünyanın ən çox ziyarət olunan 8 ölkəsindən biri olduğunu qeyd edib.

Turizmin öyrənilməsi və tədrisi ilə bağlı universitetlər arasında əməkdaşlıq haqqında da fikir mübadiləsi aparılıb. Bundan başqa, tərəflər Azərbaycan və Meksika xalqları arasında əlaqələri gücləndirəcək mədəni tədbirlərin mübadiləsi imkanlarını vurğulayıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi