Azərbaycan və Küveyt arasında çarter reyslərinin həyata keçirilməsinə başlanılıb

Azərbaycan və Küveyt arasında çarter reyslərinin həyata keçirilməsinə başlanılıb Reysləri "Azərbaycan Hava Yolları" şirkəti və Küveytin “Əl-Kazimi Şirkətlər Qrupu” yerini yetirir
Turizm
21 Yanvar , 2017 15:20
Azərbaycan və Küveyt arasında çarter reyslərinin həyata keçirilməsinə başlanılıb

Bakı. 21 yanvar. REPORT.AZ/ Azərbaycan və Küveyt arasında ötən il noyabrın 16-da imzalanmış “Hava əlaqəsi haqqında saziş”ə uyğun olaraq bu il, yanvarın 20-dən “Azərbaycan Hava Yolları” (AZAL) QSC iki ölkə arasında çarter reysləri həyata keçirməyə başlayıb. Bu barədə “Report”a Azərbaycan Küveytdəki səfirliyindən bildirilib.

Məlumata görə, ötən gün, həmçinin Küveytin “Əl-Cəzirə” aviaşirkətinə məxsus təyyarə də Azərbaycana ilk çarter reysi həyata keçirib. Bu münasibətlə Küveytdə təntənəli mərasim keçirilib. Mərasimdə Küveyt mülki aviasiya şirkətinin, “Əl-Kazimi Şirkətlər Qrupu”nun nümayəndələri və Azərbaycan səfirliyinin əməkdaşları iştirak edib. Tədbirdə müvəqqəti işlər vəkili Cavid Musayev və “Əl-Kazimi Şirkətlər Qrupu”nun prezidenti çıxış edib. Çıxışlarda iki ölkə arasında birbaşa təyyarə reyslərinin fəaliyyətə başlamasının nəinki turizm sahəsinə, ümumilikdə ölkələr arasında iqtisadi əlaqələrin inkişafına təkan verəcəyi vurğulanıb.

“Əl-Kazimi Şirkətlər Qrupu” ilə əldə edilmiş razılığa əsasən, növbəti çarter reysləri bu ilin fevral, aprel, iyun, iyul və avqust aylarında bir dəfə olaraq həyata keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi