Yuxarı

Kənan Quluzadə: "Azərbaycan və Gürcüstanı əhatə edən turpaketlər hazırlanıb"

Azərbaycan və Gürcüstanın turizm şirkətləri iki turpaketlər hazırlayıb

"Azərbaycan və Gürcüstanın turizm şirkətləri iki ölkəni əhatə edən turpaketlər hazırlayıb".

Bunu "Report"a açıqlamasında Dövlət Turizm Agentliyinin Mətbuat katibi Kənan Quluzadə bildirib.

O deyib ki, Gürcüstanın paytaxtı Tbilisi şəhərində açılmış Azərbaycanın Turizm Nümayəndəliyinin əsas məqsədi vahid paketlərin formalaşdırılması ilə Gürcüstana gələn turistlərin Azərbaycana da keçidini təmin etməkdir: "Məqsəd Gürcüstanın Laqodehi istiqamətindən Şəki və ətraf rayonlara, Qırmızı Körpü istiqamətindən Gəncəyə vahid paketlərin olmasıdır. Bu məqsədlə Azərbaycanda və Gürcüstanda fəaliyyət göstərən turizm şirkətləri iki ölkəni əhatə edən turizm paketləri formalaşdırılıb".

K.Quluzadə bildirib ki, Azərbaycan və Gürcüstanın qarışısında duran əsas vəzifə sərhəd keçid məntəqələrini turistlər üçün daha sərbəst və rahat keçidi təmin etməkdir: "Məqsədimiz sərhədi protokol keçidi kimi hiss etsinlər".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi