Azərbaycan və Gürcüstan arasında turizm sahəsində əməkdaşlıq müzakirə olunub

Azərbaycan və Gürcüstan arasında turizm sahəsində əməkdaşlıq müzakirə olunub Gürcüstanın Milli Turizm Administrasiyasının rəhbəri Mariam Kvrivişvili Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə görüşüb.
Turizm
4 Oktyabr , 2019 15:28
Azərbaycan və Gürcüstan arasında turizm sahəsində əməkdaşlıq müzakirə olunub

Gürcüstanın Milli Turizm Administrasiyasının rəhbəri Mariam Kvrivişvili Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə görüşüb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, görüşdə iki ölkə arasında turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Tərəflər işgüzar turizmin inkişafı və birgə turizm paketlərinin hazırlanması məsələlərini nəzərdən keçiriblər.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid də iştirak ediblər. 

Son xəbərlər

Orphus sistemi