Azərbaycan UNWTO-nun assosiativ üzvlərinin 40-cı Plenar Sessiyasında təmsil olunur

Azərbaycan UNWTO-nun assosiativ üzvlərinin 40-cı Plenar Sessiyasında təmsil olunur Bakı. 13 noyabr. REPORT.AZ/ Noyabrın 12-də İranın Həmədan şəhərində Ümumdünya Turizm Təşkilatının (UNWTO) assosiativ üzvlərinin 40-cı Plenar Sessiyası keçirilir.
Turizm
13 Noyabr , 2018 12:04
Azərbaycan UNWTO-nun assosiativ üzvlərinin 40-cı Plenar Sessiyasında təmsil olunur

Bakı. 13 noyabr. REPORT.AZ/ Noyabrın 12-də İranın Həmədan şəhərində Ümumdünya Turizm Təşkilatının (UNWTO) assosiativ üzvlərinin 40-cı Plenar Sessiyası keçirilir. 

Dövlət Turizm Agentliyindən "Report"a verilən xəbərə görə, sessiya sabah başa çatacaq. 

Tədbirdə Azərbaycanı Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Rüfət Bağırov təmsil edir.

Sessiya çərçivəsində İranın “Mədəni İrs, Sənətkarlıq və Turizm Təşkilatı” ilə birgə “Mədəni turizmin innovasiya və texnologiya ilə qorunması” adlı beynəlxalq seminar təşkil edilib. Beynəlxalq seminarda mədəni turizmin inkişafında, destinasiyaların cəlbediciliyi və rəqabətliliyinin gücləndirilməsində innovasiya və texnologiyanın rolu mövzusunda müzakirələr aparılır.

Tədbir iştirakçılara qarşıya qoyulmuş məqsədlərin icrası üçün illik proqramı müzakirə etmək imkanı tanıyaraq, əməkdaşlıq və birgə təşəbbüslərin qurulması üçün əlverişli mühit yaradır.

Azərbaycan 2001-ci ildən BMT-nin Ümumdünya Turizm Təşkilatının üzvüdür. Bakı Turizm İnformasiya Mərkəzi isə 2011-ci ildən etibarən quruma assosiativ üzv olaraq qəbul edilib.

Son xəbərlər

Orphus sistemi