Azərbaycan Türkiyə ilə şəhərlərarası sərnişin aviareyslərinin sayını 3 dəfə artırıb

Azərbaycan Türkiyə ilə şəhərlərarası sərnişin aviareyslərinin sayını 3 dəfə artırıb Bakı. 25 iyul. REPORT.AZ/ Bakıda Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi ilə Türkiyə Respublikasının Mülki Aviasiya Baş Direktorluğunun nümayəndə heyətləri arasında görüş keçirilib.
Turizm
25 İyul , 2018 10:36
Azərbaycan Türkiyə ilə şəhərlərarası sərnişin aviareyslərinin sayını 3 dəfə artırıb
0 : 00
0 : 00

Bakı. 25 iyul. REPORT.AZ/ Bakıda Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi ilə Türkiyə Respublikasının Mülki Aviasiya Baş Direktorluğunun nümayəndə heyətləri arasında görüş keçirilib.

“Report”un Nazirliyə istinadən verdiyi xəbərə görə, görüş zamanı iki qardaş ölkə arasında hava əlaqəsinin liberallaşdırılması məsələsi müzakirə edilib.

Aparılmış danışıqlar nəticəsində tərəflərin ərazisindəki şəhərlərarası sərnişin reyslərinin sayı təxminən 3 dəfə (həftədə 45 reysdən 127 reysədək) artırılıb. Uçuş hüququ Azərbaycanın və Türkiyənin bütün aviaşirkətlərinə şamil ediləcək.

Bundan əlavə, tərəflər “Hava əlaqəsi haqqında” yeni Saziş layihəsinin müzakirəsinə başlamaq barədə razılığa gəliblər. Həmin Saziş imzalandıqdan sonra qüvvədə olan 1992-ci il 2 may tarixli “Hava Nəqliyyatı haqqında Hökumətlərarası Saziş”i əvəz etməlidir. 

Son xəbərlər

Orphus sistemi