Azərbaycan Turizm Bürosu və “Air Astana” marketinq kampaniyaları keçirəcək

Azərbaycan Turizm Bürosu və “Air Astana” marketinq kampaniyaları keçirəcək Bu gün Dövlət Turizm Agentliyi (DTA) yanında Azərbaycan Turizm Bürosu (ATB) və Qazaxıstanın “Air Astana” aviaşirkətinin “Azərbaycanda qış tətili” mövzusunda keçirdiyi birgə vebinarda ölkəmizin qış turizmi üzrə potensialı nümayiş olunub.
Turizm
3 Noyabr , 2021 17:18
Azərbaycan Turizm Bürosu və “Air Astana” marketinq kampaniyaları keçirəcək

Bu gün Dövlət Turizm Agentliyi (DTA) yanında Azərbaycan Turizm Bürosu (ATB) və Qazaxıstanın “Air Astana” aviaşirkətinin “Azərbaycanda qış tətili” mövzusunda keçirdiyi birgə vebinarda ölkəmizin qış turizmi üzrə potensialı nümayiş olunub.

Bu barədə "Report"a Agentlikdən bildirilib.

Məlumata görə, tədbir iki ölkə arasında müntəzəm uçuşların bərpa edilməsi ilə əlaqədar keçirilib. Qazaxıstan turizm sənayesinin nümayəndələrinin qatıldığı onlayn tədbirdə bu ölkənin vətəndaşlarının Azərbaycana səfər etməsinin önəmi vurğulanıb, Azərbaycanın qış turizmi üzrə destinasiya kimi tanıdılmasına dair təqdimat edilib.

Tədbirdə ATB-nin, Qazaxıstanın “Air Astana” aviaşirkətinin, DTA-ya məxsus “Şahdağ Turizm Mərkəzi" QSC-nin, “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksinin və “Absheron Hotel Group” MMC-nin nümayəndələri çıxış ediblər.

“Air Astana” aviaşirkətinin nümayəndələri Azərbaycanla tərəfdaşlıqdan məmnunluqlarını vurğulayıblar.

Bu aydan “Air Astana” ilə ATB arasında əməkdaşlıq çərçivəsində silsilə marketinq kampaniyalarının həyata keçirilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi