Azərbaycan Turizm Assosiasiyası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə fəaliyyət haqqında razılığa gəlib

Azərbaycan Turizm Assosiasiyası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə fəaliyyət haqqında razılığa gəlib Bakı. 11 iyul. REPORT.AZ/ Bu gün Azərbaycan Turizm Assosiasiyasında (AZTA) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə və AZTA-nın Gəlmə Turizm Komitəsi və Daxili Turizm Komissiyası arasında görüş keçirilib.
Turizm
11 İyul , 2018 13:36
Azərbaycan Turizm Assosiasiyası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə fəaliyyət haqqında razılığa gəlib

Bakı. 11 iyul. REPORT.AZ/ Bu gün Azərbaycan Turizm Assosiasiyasında (AZTA) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə və AZTA-nın Gəlmə Turizm Komitəsi və Daxili Turizm Komissiyası arasında görüş keçirilib. 

"Report"un AZTA-ya istinadən verdiyi xəbərə görə, görüşün əsas müzakirə mövzusu Azərbaycanın geniş turizm potensialı olan regionlarına ekolojı marşrutların hazırlanması və onların birgə inkişafı məsələləri olub.

Tərəflər mövcud vəziyyəti və inkişaf perspektivlərini nəzərə alaraq, bu sahədə gələcək fəaliyyətin prioritet istiqamətlərini müəyyən ediblər və birgə fəaliyyət haqqında razılığa gəliblər.

Son xəbərlər

Orphus sistemi