Azərbaycan Turizm Assosiasiyası Bakıdan Antalyaya uçuşların dayandırılması barədə məlumata münasibət bildirib

Azərbaycan Turizm Assosiasiyası Bakıdan Antalyaya uçuşların dayandırılması barədə məlumata münasibət bildirib Bakı. 15 may. REPORT.AZ/ Azərbaycan Turizm Assosiasiyası (AzTA) Bakıdan Türkiyənin kurort zonası - Antalya şəhərinə uçuşların dayandırılması barədə məlumata münasibət bildirib.
Turizm
15 May , 2018 12:28
Azərbaycan Turizm Assosiasiyası Bakıdan Antalyaya uçuşların dayandırılması barədə məlumata münasibət bildirib
0 : 00
0 : 00

Bakı. 15 may. REPORT.AZ/ Azərbaycan Turizm Assosiasiyası (AzTA) Bakıdan Türkiyənin kurort zonası - Antalya şəhərinə uçuşların dayandırılması barədə məlumata münasibət bildirib. 

"Report"un məlumatına görə, qurum bəyan edib ki, "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) aşağı büdcəli strukturu "Buta Airways” uçus istiqamətlərini tələbə uyğun olaraq seçib və prioritet istiqamətlərdən biri də Antalyada yerləşən Qazipaşa hava limanıdır. Aviaşirkət ötən ilin sentyabr ayından uçuşların başlaması üçün hava limanı ilə danışıqlar aparmağa başlayıb. Buna səbəb aeroportda xidmət haqqının xeyli aşağı olmasıdır. Lakin texniki problemlərə görə uçuşların müvəqqəti olaraq Alanya hava limanına həyata keçirilməsi qərara alınıb. 

Ötən ilin mart ayında “Buta Airways”in bu il iyunun 7-dən Antalyaya uçuşlar həyata keçirəcəyi haqqında məlumat yayılıb. Amma bu istiqamətdə uçuşlar əvvəlcədən planlaşdırılmadığı üçün heç bir reys ləğv olunmayıb. Antalyaya reyslər AZAL və "Türk Hava Yolları" tərəfindən həftədə 2 dəfə həyata keçiriləcək. Yüksək tələb nəzərə alınaraq Antalyaya gündəlik çarter reysləri də təşkil olunacaq.

Antalya və Alanyadan başqa birbaşa uçuşlar həmçinin Türkiyənin Bodrum, İzmir, Dalaman kimi kurort şəhərlərinə də təşkil olunacaq. Beləliklə, azərbaycanlı turistlər üçün ənənəvi olan kurortlardan başqa yeni istiqamətə - Alanyaya da uçuşlar həyata keçiriləcək.

Qeyd edək ki, AZAL AzTA-nın İdarə Heyətinin üzvüdür.

Son xəbərlər

Orphus sistemi