Azərbaycan Turizm Agentlikləri Assosiasiyası açıqlama yayıb

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası açıqlama yayıb Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişlərinə əsasən karantin şərtlərinin yumuşaldılması, bir sıra fəaliyyət sahələrinin bərpası, eləcə də rayonlara giriş-çıxışa tətbiq edilən məhdudiyyət aradan qaldırıldığı üçün uzun müddət fəaliyyət göstə
Turizm
9 Sentyabr , 2020 17:52
Azərbaycan Turizm Agentlikləri Assosiasiyası açıqlama yayıb

Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişlərinə əsasən karantin şərtlərinin yumuşaldılması, bir sıra fəaliyyət sahələrinin bərpası, eləcə də rayonlara giriş-çıxışa tətbiq edilən məhdudiyyət aradan qaldırıldığı üçün uzun müddət fəaliyyət göstərməyən turizm şirkətləri yenidən öz işini bərpa edə bilərlər. 

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, artıq turizm şirkətlərinə Nazirlər Kabinetinin 16 may 2020-ci il tarixli Qərarının 1-ci bəndinə əsasən, təsdiq edilmiş metodiki göstərişlərin tələblərinə riayət etməklə ofis şəraitində işləmələrinə icazə verilir.

“ATAA olaraq turizmin bu çətin dönəmində fəaliyyətini davam etdirən bütün turizm şirkətlərinə işlərində uğurlar diləyirik. İnanırıq ki, qısa zamanda hökumətin və turizmlə birbaşa əlaqəsi olan dövlət qurumlarının dəstəyi və yardımı ilə bu böhran vəziyyətindən də çıxa biləcəyik.

Bir daha turizm şirkətlərinə müraciət edərək metodiki göstərişlərin tələblərinə əməl etməyə, vətəndaşların və işçi personalının sağlamlığına xüsusi önəm verməyə çağırırıq”, - açıqlamada qeyd olunub.

Son xəbərlər

Orphus sistemi