Bakı. 22 oktyabr. REPORT.AZ/ Çində “Dünyada yaşıl inkişaf, investisiya və ticarət” (“4th World Green Development Investment and Trade Expo”) IV beynəlxalq sərgisi keçiriləcək.
Bu barədə “Report”a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) məlumat verilib.
Sözügedən sərgi noyabrın 25-dən 28-dək davam edəcək. Sərgidə iştirak etməkdə maraqlı olan Azərbaycan sahibkarları da tədbirə dəvət olunublar.
Tədbir haqqında məlumat almaq və ya iştirak etmək istəyənlər “Azpromo”ya müraciət edə bilərlər.