Azərbaycan oktyabrda onlayn turizm konfransına ev sahibliyi edəcək

Azərbaycan oktyabrda onlayn turizm konfransına ev sahibliyi edəcək Tədbirdə Çin, Cənub-Şərqi Asiya, Rusiya və MDB ölkələrindən başlayaraq, Hindistan, Cənubi Asiya, Avropa və Körfəz Əməkdaşlıq Ölkələrinə qədər 300-dən çox alıcı iştirak edəcək
Turizm
303
7 Sentyabr , 2020 13:01
Azərbaycan oktyabrda onlayn turizm konfransına ev sahibliyi edəcək

Azərbaycan Turizm Bürosu (ATB) oktyabrın 14-də virtual turizm ticarətinə həsr olunmuş “Travel Business Azerbaijan Online” (TBA 2020) onlayn konfransa ev sahibliyi edəcək.

“Report” xəbər verir ki, təşkilatçılar bu tədbirdə yerli və beynəlxalq turizm ekspertlərini bir araya gətirmək və onlar arasında əlaqələrin qurulmasına ümid edirlər.

Məlumata görə, ATB və Dövlət Turizm Agentliyi (DTA) tərəfindən təşkil edilən tədbirdə Çin, Cənub-Şərqi Asiya, Rusiya və MDB ölkələrindən başlayaraq, Hindistan, Cənubi Asiya, Avropa və Körfəz Əməkdaşlıq Ölkələrinə qədər 300-dən çox alıcının iştirakı gözlənilir.

“İndiki çətin dövrdə tərəfdaşlarımız və bu sahədən olan maraqlı tərəflərlə əlaqə qurmaq və bu əlaqələri qoruyub saxlamaq bizim üçün həmişəkindən daha vacibdir və “Travel Business Azerbaijan Online” bunu daha da sürətləndirəcək”, - deyə məsələni şərh edən ATB-nin Baş icraçı direktoru Florian Zenqstşmid əlavə edib.

Son xəbərlər

Orphus sistemi