Azərbaycan nümayəndə heyəti "IDEX-2017" Beynəlxalq Müdafiə Sərgisində iştirak edir - FOTO

Azərbaycan nümayəndə heyəti "IDEX-2017" Beynəlxalq Müdafiə Sərgisində iştirak edir - FOTO Sayca 13-cü olan sərgi Əbu-Dabidə öz işinə başlayıb
Turizm
19 Fevral , 2017 14:58
Azərbaycan nümayəndə heyəti IDEX-2017 Beynəlxalq Müdafiə Sərgisində iştirak edir - FOTO

Əbu-Dabi. 19 fevral. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə sayca 13-cü olan "IDEX 2017" Beynəlxalq Müdafiə Sərgisi öz işinə başlayıb.

"Report"un Əbu-Dabiyə ezam olunmuş əməkdaşının məlumatına görə, sərgiyə 45-dən çox ölkədən 1235 şirkət qatılıb.

Sərgidə bir sıra ölkələrin dövlət və hökumət başçıları da daxil olmaqla müdafiə nazirləri və digər müvafiq idarə rəhbərləri, xüsusilə Oman prezidenti Ömər əl-Bəşir iştirak edir.

Azərbaycan bu dəfə sərgidə ayrıca stendlə iştirak etmir. Azərbaycandan Əbu-Dabiyə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, Dövlət Sərhəd Xidmətinin rəhbəri Elçin Quliyev, müdafiə sənayesi nazirinin müşaviri Azad Məmmədov yollanıb.

A.Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan artıq 5-ci dəfədir ki, ildən-ilə öz iştirakçı sayını artıran sərgidə iştirak edir. Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyəti əvvəlcə şirkətlərin yenilikləri ilə tanış olacaq, ardınca müəyyən danışıqlar aparılacaq.

Qeyd edək ki, Yaxın Şərqin ən böyük müdafiə sərgisi iki ildən bir BƏƏ prezidenti, Əbu-Dabi əmiri şeyx Xəlifə ibn Zayed əl-Nəhyanın hamiliyi ilə keçirilir.

Son xəbərlər

Orphus sistemi