Azərbaycan bu yay istirahət üçün ən populyar ölkələr üzrə "top-10"a düşüb

Azərbaycan bu yay istirahət üçün ən populyar ölkələr üzrə "top-10"a düşüb Rusiyadan Azərbaycana aviabiletlərin qiyməti 15% artıb
Turizm
10 May , 2019 12:34
Azərbaycan bu yay istirahət üçün ən populyar ölkələr üzrə top-10a düşüb

Rusiyada yayda istirahət üçün ölkə xaricinə alınmış hər onuncu bilet Gürcüstanadır.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

"Tutu.ru" səyahət xidmətinin mütəxəssisləri 2019-cu il iyunun 1-dən sentyabrın 1-dək olan uçuşları əvvəlcədən bron etmək aksiyası üzrə təhlil aparıb.

Ardıcıl ikinci yaydır ki, azad səyahətçilər ilk növbədə reytinqdə 1-ci sırada qərarlaşan Gürcüstanı seçirlər. Monteneqro ikinci, İspaniya isə üçüncü sırada qərarlaşıb. Eyni zamanda, Gürcüstana aviabiletlərin qiyməti 9%, Monteneqroya isə 7% bahalaşıb, İspaniyaya uçuşlar isə 6% ucuzlaşıb.

"Top-10"da həmçinin İtaliya, Almaniya, Bolqarıstan, Qazaxıstan, Moldova, Qırğızıstan və Azərbaycan yer alıb.

Azərbaycana aviabiletlərin qiyməti 15% artıb.

Son xəbərlər

Orphus sistemi