Azərbaycan ilə Ukrayna arasında turizmə dair yol xəritəsi imzalandı

Azərbaycan ilə Ukrayna arasında turizmə dair yol xəritəsi imzalandı Bakıda Azərbaycan ilə Ukrayna turizm ittifaqları arasında yol xəritəsi imzalanıb.
Turizm
8 İyun , 2021 15:22
Azərbaycan ilə Ukrayna arasında turizmə dair yol xəritəsi imzalandı

Bakıda Azərbaycan ilə Ukrayna turizm ittifaqları arasında yol xəritəsi imzalanıb.

“Report” xəbər verir ki, bu barədə Kiyev Şəhər Şurası icra aparatının şöbə müdiri Marina Radova bildirib.

“Biz tərəfdən şəhərimizin dəstəklədiyi, Şəhər Şurası nəzdindəki Əlaqələndirmə Şurası üzvü olan ən böyük birliklər iştirak edib. Bunlar Giriş Turizm Operatorları İttifaqı, Ukrayna Hotellər Birlikləri İttifaqı, Ukrayna Qastronomiya İttifaqı, Ukrayna Bələdçilər İttifaqı, Ukrayna İşgüzar Turizm İttifaqıdır. Azərbaycan tərəfdən isə Azərbaycan Turizm Asosiasiyası təmsil olunub. Bu qurumun vitse-prezidentilə üç illik Yol Xəritəsi imzalandı. Bu, ilkin sənəddir, çünki pandemiya təzə-təzə sovuşmağa başlayır” – deyə, Ukrayna rəsmisi qeyd edib.

Son xəbərlər

Orphus sistemi